Bu il I Avropa oyunlarına görə keçirilməyən "Qəbələ Kuboku" bərpa olunur. Fanat.az хəbər verir ki, 2016-cı ilin may ayında turnir 4-cü dəfə təşkil olunacaq.
Artıq "Qəbələ" rəhbərliyi təşkilatı işlərə başlayıb. Hazırda turnirdə iştirak edəcək klublarla danışıqlar gedir. İştirakçılar arasında dünyanın məşhur klublarının uşaq komandaları da olacaq.
Qeyd edək ki, "Qəbələ Kuboku" bundan əvvəl 3 dəfxə keçirilib. Ardıcıl olaraq "Qalatasaray" (Türkiyə), "Portu" (Portuqaliya) və "Anderleхt" (Belçika) klubları turnirin qalibi adını qazanıb.
Fanat.az