19 yaşlı portuqaliyalı Fransa nəhəngində - RƏSMİ

19 yaşlı portuqaliyalı Fransa nəhəngində - RƏSMİ

Portuqaliya millisinin və "Benfika" klubunun yarımmüdafiəçisi Joau Neves karyerasını Fransada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, PSJ 19 yaşlı portuqaliyalının transferini rəsmi saytı vasitəsilə elan edib. 

19 yaşlı portuqaliyalı Fransa nəhəngində - RƏSMİ

Futbolçu ilə 2029-cu ilin ortalarına qədər müddəti əhatə edəcək müqavilə imzalanıb. Transfer məbləği ilə bağlı rəsmi məlumat yoxdur, lakin KİV "qartallar"ın 60 milyon avro + 10 milyon bonus alacağını bildirir.

19 yaşlı Neves ötən mövsüm 3 qol vurub, 2 məhsuldar ötürmə edib. O, AÇ-2024-də 2 oyun keçirib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər