19 yaşlı futbolçu Çempionlar Liqasının ən yaxşısı oldu

19 yaşlı futbolçu Çempionlar Liqasının ən yaxşısı oldu
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, ən yaxşı adına Dortmund "Borussiya”sının hücumçusu Erlinq Haland layiq görülüb. 19 yaşlı norveçli futbolçu azarkeşlər arasında aparılan səsvermədə Renan Lodi ("Atletiko"), Hans Hatebur ("Atalanta") və Huqo Llorisi ("Tottenhem") qabaqlayıb.
Qeyd edək ki, Haland komandasının PSJ-ni 2:1 hesabıyla məğlub etdiyi matçda dubl edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər