1 qol "Qalatasaray" 14.6 milyon avro qazandırdı

1 qol "Qalatasaray" 14.6 milyon avro qazandırdı
Çempionlar Liqasında qrupdan çıxan "Qalatasaray" qazancını artırıb. Fanat.az xəbər verir ki, "Cim-Bom" 14.6 milyon avro gəlir əldə edib. 
Qrup mərhələsinə qatıldığına görə 8.6 milyon avro əldə edən 2 qələbə və 1 heç-heçəyə görə 2.5 milyon irəli düşüb. 1/8 finala vəsiqə isə İstanbul klubuna 3.5 milyon avro qazandırıb.
Lakin bu son məbləğ deyil. "Qalatasaray" 1/4 finala çıxsa 3.9, yarıfinala vəsiqə qazansa 4.9, finala çıxacağı halda isə 6.5 milyon əldə edəcək. Eyni zamanda mövsümün sonunda yayım haqqlarına görə də kluba pul ödənəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər