1-ci Liqanın qalibi mükafatlandırıldı

1-ci Liqanın qalibi mükafatlandırıldı

I Liqada çempion olan "Qəbələ" mükafatlandırılıb.

Fanat.Az xəbər verir ki, mərasim 26-cı tur çərçivəsində bu gün baş tutan "Zaqatala" ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda baş tutub.

Oyunçulara medallarına, komanda kuboka qovuşub. Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Qeyd edək ki, "Qəbələ" mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər