Zenyov "Qəbələ"dən getməsinin səbəbini açıqladı

Zenyov "Qəbələ"dən getməsinin səbəbini açıqladı

“Hazırda Tallindəyəm. “Flora”yla məşq edir, Estoniya yığmasının qarşıdakı oyunlarına hazırlaşıram”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”dən gedən Sergey Zenyov deyib.

Zenyov Azərbaycan təmsilçisinin təklif etdiyi müqavilə şərtlərinin onu razı salmadığını bildirib: “Mayın 5-də müqaviləmin müddəti başa çatdı. Danışsaq da, şərtlər məni qane etmədi. Bu üzdən yeni müqavilə bağlamadım. Harda oynayacağımı hələ bilmirəm. Bu işlərlə agentim məşğul olur. Variantlar çoxdu. Hər birini ayrı-ayrılıqda nəzərdən keçirəcəyik”.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər