Sankt-Peterburqun "Zenit" klubunun hücumçusu İvan Sergeyev təmsil etdikləri şəhərdə keçiriləcək turnirdən - "Neftçi"nin də qatılacağı PARI Premyer Kubokundan danışıb.
Fanat.Az xəbər verir ki, İvan "Sport den za dnyom"a açıqlamasında turniri "bir udum hava" adlandırıb:
"Turnir hazırlığı nə çətinləşdirir, nə də yüngülləşdirir. Orada öz ölkələrinin liqalarının sayılıb-seçilən komandaları olacaqlar. Bizi xarici komandaların iştirakı ilə keçirilən turnirdə izləmək maraqlı olacaq. Çox sayda azarkeş gözləyirik. Bu, həm futbolçular, həm də azarkeşlər üçün bir udum hava kimidir".
Qeyd edək ki, turnirə "Neftçi" ilə yanaşı, "Fənərbağça" və "Srvena Zvezda" da qatılacaq.
Nihat