"Zenit" azərbaycanlının da adını UEFA-ya göndərdi

"Zenit" azərbaycanlının da adını UEFA-ya göndərdi

"Zenit" Avropa Liqasının qrup mərhələsi üçün B siyahısını UEFA-ya göndərib.

 

 

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 11 oyunçunun yer aldığı siyahıda əslən azərbaycanlı Leon Musayevin də adı var.

Ampluaca yarımmüdafiəçi olan 19 yaşlı Musayev "Zenit"in gənclərdən ibarət komandasının və Rusiyanın U-19 yığmasının şərəfini qoruyur.

 

 

Xatırladaq ki, "Zenit" "Kopenhagen", "Bordo" və"Slaviya" ilə birlikdə C qrupunda mücadilə edəcək.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər