Azərbaycanda yoxlama oyununa görə həvəskar komandaya fantastik mükafat verildi

Azərbaycanda yoxlama oyununa görə həvəskar komandaya fantastik mükafat verildi
Azərbaycan futbolunda daha bir maraqlı olay yaşanıb.
Fanat.Az sport7.az-a istinadən xəbər verir ki, həvəskarlardan ibarət komandaya yoxlama görüşündə qələbəyə görə mükafat paylanıb.
Bu hadisə Regional Liqada iştirak etmək üçün hazırlaşan "Şahdağ” (Qusar) və "Tufan” (Bakı) komandalarının görüşündə yaşanıb. Paytaxt təmsilçisinin sponsorları komandaya qələbəyə görə mükafat vəd ediblər.
Məbləği dəqiqləşdirmək mümkün olmasa da, bu mükafat oyundan sonra "Tufan”ın futbolçularına paylanılıb. Belə ki, "Tufan” "Şahdağ”ı yoxlama oyununda 1:0 hesabıyla məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər