Yığmamız Qəbələyə yollanır

Yığmamız Qəbələyə yollanır
 
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Fanat.Az xəbər verir ki, yığmamız Qəbələdə hazırlıq keçəcək.
Yanvarın 8-dən 22-dək davam edəcək toplanışa 28 futbolçu dəvət edilib. Komandanın yeni baş məşqçisi Ramin Quliyev heyətə yalnız yerli klublarda çıxış edənləri çağırıb: Ramin Məhərrəmov, Fərid  Muxtarov, Samir Abdullayev, Şirin Şirinov (hamısı "Keşlə”), Nemət Musayev ("Kəpəz”), Musa Qurbanlı ("Qarabağ”), Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Çingiz Məmmədov, Samir Məhərrəmov, Kamal Kazımov, Rauf Məhərrəmov (hamısı "Qəbələ”), Murad  Əhmədov ("Neftçi” İK İB), Mahir Həsənov, Mirəli Əhmədov, Fərid  Yusifli, Valeh Qəhramanlı (hər ikisi "Neftçi”), Cəlal Cəbrayılov ("Sumqayıt”), Fərid  Xasıyev ("Turan Tovuz”), Məhəmməd Əhmədov, Emil Quluzadə, Bəhruz Tanrıverdiyev (hamısı "Vətən”), Samir Qasımov ("Zirə”).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər