Yeni transferindən “Neftçi” ilə bağlı ilk açıqlama

Yeni transferindən “Neftçi” ilə bağlı ilk açıqlama

“Neftçi”nin Qazaxıstanın “Astana” klubundan transfer etdiyi fransalı yarımmüdafiəçi Kilan Lebon Azərbaycan təmsilçisinə keçidi ilə bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçu sosial şəbəkə hesabında bu sözləri yazıb:

“Neftçi”yə qoşulmaq çox gözəl hissdir. Çox şadam və bu formanı geyinməkdən şərəf duyuram. Azarkeşlərə təşəkkür edirəm. Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Artıq birlikdə görəcəyimiz işlər var. İrəli, “Neftçi”.

Xatırladaq ki, Lebon "Neftçi" ilə 1.5+1 illik müqaviləyə imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər