"Neftçi” heyətinə yeni qapıçı qatıb. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı qapıçı Krşevan Santini ilə müqavilə bağlayıb. Müqavilənin detalları açıqlanmayıb.
Peşəkar karyerasına Xorvatiyanın "Zadar” klubunda başlamış qapıçı daha sonra "Seqesta”, "Moslavina”, "İnter” (Zapreşiç) kimi klubların formasını geyinib. 2013-2015-cı illərdə Ukraynada legioner həyatı yaşamış qapıçı "Zarya” klubunun şərəfini qoruyub. Krşevan Santini son olaraq Kiprin "Enosis” klubunda çıxış edib. O, qış fasiləsində keçdiyi klubda 8 oyun keçirib. "Transfermarkt" 29 yaşlı qolkiperə 150 min avro qiymət qoyub. Krşevan Santini Xorvatiyanın U-21 millisində çıxış edib.

Fanat.az