"Neftçi"nin idman direktoru Vəli Qasımov klubun transfer işlərini tam olaraq öz nəzarətinə keçirib. Bu barədə Fanat.az-a kluba yaxın mənbə məlumat verib.
Mənbənin məlumtına görə, Elxan Məmmədovun "Neftçi"yə icraçı direktor təyin etdiyi Elnur Məmmədovun ən yaxın adamı olan veteran futbolçu klubun bütün transfer əməliyyatlarına nəzarət edir. Məlumatda bildirilir ki, hazırda "Neftçi"də Vəli Qasımovun istəyi ilə transfer edilmiş 47 futbolçu var. Bunlardan ikisi ispan - Melli və Anete, ikisi braziliyalıdı - Aylton Silva və Filyo Rodriges.
Mənbə həmçinin bildirir ki, baş məşqçi Filyo Rodrigesin çıxışı baş məşqçi baş məşqçi Əsgər Abdullayevi razı salmır və qış fasiləsində onun göndərilməsini, əvəzində yeni legionerin gətirilməsini tələb edib. Lakin Vəli Qasımovun israrı ilə Elnur Məmmədov onun komandada saxlanılmasına qərar verilib. Həmçinin baş məşqçiyə braziliyalı müdafiəçini daim oynatmaq tapşırığı verilib.
Fanat.az