UEFA reytinqində Azərbaycanın mövqeyi

UEFA reytinqində Azərbaycanın mövqeyi

Avrokubokların qrup mərhələsinin I turunun son günündə 32 oyun keçirilib.

Fanat.Az-ın xəbərinə görə, bu görüşlərdən sonra UEFA-nın əmsallar cədvəlində bəzi dəyişikliklər baş verib.

“Top-10”da Belçika Avstriyanı keçib. Belçika xalını 31,800-ə çatdıraraq, 9-cu pilləyə yüksəlib. 10-cu pilləyə enən Avstriya da eyni əmsala malikdir.

"Qarabağ" iki oyundur uduzsa da, Azərbaycanın 14,625 xalla 29-cu pillədəki mövqeyi dəyişməz qalıb. Əvəzində Mahir Emrelinin yer aldığı "Dinamo" (Zaqreb) komandası Çempionlar Liqasında "Çelsi" üzərində 1:0 hesablı qələbə sayəsində Xorvatiyanın 25,150 xalla 17-ci pilləyə yüksəlməsinin səbəbkarı olub.

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos"un Fransada "Nant"a 1:2 hesabı ilə uduzması səbəbindən Yunanıstan 24,725 xalla 18-ci pilləyə enib.

Digər tərəfdən, xalını 23,700-ə çatdıran Türkiyə 23,250 xala malik İsraili üstələyərək, 20-ci pilləyə yüksəlib.

Qardaş ölkə təmsilçisi "Trabzonspor"u 3:2 hesabı ilə yenən "Ferentsvaroş" Macarıstanın 18,125 xalla 25-ci mövqeyə irəliləməsini şərtləndirib. Rumıniya isə avrokuboklarda iki təmsilçisinin olmasına baxmayaraq, 18,000 xalla 26-cı yerə geriləyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər