UEFA Millətlər Liqası: Polşa geridönüşlə qazandı 

UEFA Millətlər Liqası: Polşa geridönüşlə qazandı 

Bu gün UEFA Millətlər Liqasında 2022/2023 mövsümü start götürüb.

Fanat.Az xəbər verir ki, 1-ci turun ilk oyun günündə bir matç keçirilib.

A Liqasının 4-cü qrupunda Polşa Uelsi qəbul edib. Bakı vaxtı ilə saat 20:00-da başlayan görüşün baş hakimi sloveniyalı Rade Obrenoviç olub.

Hesabda geri düşən Polşa əzmkar geridönüş sayəsində qələbə qazanıb.

Bu qrupun digər oyunu iyunun 3-də Belçika və Niderland komandaları arasında olacaq.

UEFA Millətlər Liqası, 1 iyun

I tur

A Liqası, 4-cü qrup

Polşa - Uels 2:1 

Qollar: Kaminski, 72. Sviderski, 85 - Uilyams, 52.

Baş hakim: Rade Obrenoviç (Sloveniya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər