UEFA Millətlər Liqası: Azərbaycan millisi Litvaya qarşı

UEFA Millətlər Liqası: Azərbaycan millisi Litvaya qarşı

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq. Fanat.Az xəbər verir ki, D Liqasında yer alan yığma 2-ci qrupun görüşündə Litva seçməsinin qonağı olacaq. Kaunas şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Menelaos Antoniu olacaq. Litva yığması daha öncə səfərdə Lixtenşteyni 2:0 hesabı ilə üstələyib. UEFA Millətlər Liqası D Liqası, 2-ci qrup 27 sentyabr 17:00. Litva – Azərbaycan Baş hakim: Menelaos Antoniu (Kipr). Kaunas. Darius və Girenas adına stadion.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər