Türkiyə Millisinin üzvü Əmrə Mor Rusiya oyununda etdiyi hərəkətə görə Türk xalqından üzr istəyib.
Fanat.Az xəbər verir ki, “Borussiya"nın (Dortmund) formasını geyinən 17 yaşlı futbolçu matçdan əvvəl Türkiyənin himni çalınarkən saqqız çeynədiyi üçün üzrxahlıq diləyib. Hələ gənc və öyrənməli çox şeyin olduğunu söyləyən yarımmüdafiəçi bir daha bunun təkrarlanmayacağını qeyd edib.
Fanat.Az