Türkiyə millisinin üzvü Bekir Irtegün həbs olunub. Fanat.Az xəbər verir ki, "Başakşəhər"in futbolçusu “ByLock” kompüter proqramından istifadə etməkdə şübhəli bilinir
Bu proqramdan Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvləri istifadə edib. 33 yaşlı müdafiəçinin FETÖ ilə əlaqələrinin təsdiqləndiyi bildirilir.
Qeyd edək ki, Türkiyə yığmasının heyətində 10 oyun keçirən Bekir İrtegün 2009-2015-ci illərdə “Fənərbaxça”da çıxış edib. Onun son iş yeri bir neçə gün əvvəl yollarını ayırdığı “Başakşəhər” klubu olub.
Fanat.Az