Türkiyə millisinin üzvü güllələndi - ŞOK

Türkiyə millisinin üzvü güllələndi - ŞOK
Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Gökhan Töre güllələnib. Fanat.az xəbər verir ki, hadisə dünən axşam baş verib.
Ötən gecə baş tutan "Fənərbaxça" derbisindən sonra futbolçu Şişlidəki gecə klublarından birinə yollanıb. Gecə saat 04.00-05.00 aralığında silahlı dava düşüb və nəticədə Gökhan kürəyindən yaralanıb. Dərhal əməliyyat olunan futbolçunun durumu yaxşıdı və həyatı təhlükə altında deyil.
Olay zamanı "Beşiktaş"ın mətbuat katibi Can İpekçi və "Kayserispor"un futbolçusu Taner Yalçın da Töre ilə birlikdə olub. Onlar yüngül xəsarət alıblar.
Hadisə ilə bağlı açıqlama verən "Beşiktaş"ın futbol şöbəsinin rəhbəri Ahmet Kavalcı olayın Gökhanla bağlı olmadığını bildirib. Kavalcıya inansaq, hadisə təsadüfən baş verib və futbolçu təsadüfü güllənin qurbanı olub: "Oyunçumuz getdiyi məkanda sadəcə əylənib. Onun arxasında oturan başqa bir şəxs sevgilisinə güllə atıb. Bu zaman o havaya atəş açıb və Gökhan təsadüfən yaralanıb". 
"Beşiktaş"ın idman direktoru Önder Özen isə futbolçunun cəzalandırılacağına işarə vurub: "Səhərə yaxın, 05.12 radələrində Gökhan mənə zəng etdi. Vəziyyəti dedi və hansı xəstəxanaya gedə biləcəyini soruşdu. Mən də ən yaxın xəstəxanaya getməsini söylədim. Dərhal Ahmet Kavalcıya zəng etdim və ora getdik. Futbolçumuzun olayla heç bir əlaqəsi yoxdu. Yanında başqa klubun oyunçuları da olub". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər