"Qalatasaray" "Gənclərbirliyi"indən Ahmet Çalıkı heyətinə qatıb. Fanat.Az xəbər verir ki, artıq transfer iki klub arasında razılaşdırılıb.
Düzdü, hələlik "Qalatasaray" transferin başa çatması ilə bağlı rəsmi açıqlama yaymayıb. Klubun birja üçün yaydığı açıqlamada bildirilir ki, Ahmet Çalıkın transferi üçün futbolçu və "Gənclərbirliyi" ilə danışıqlar başlayıb. Türk klubları bu kimi məlumatları adətən transfer realaşandan sonra yayır.
"Gənclərbirliyi"nin prezidenti İlhan Cavcav 22 yaşlı futbolçunun transferi üçün "Qalatasaray"la razılıq əldə etdiklərini bildirib. Onun sözlərinə görə, İstanbul klubu bu keçidə görə onlara 2,5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ahmet Çalık indiydək "Gənclərbirliyi"nin heyətində 118 oyuna çıxıb və 4 qol vurub. O, Türkiyə millisində 7 oyun keçirib.
Fanat.Az