Türkiyə millisinin sabiq məşqçisi Bakıda

Türkiyə millisinin sabiq məşqçisi Bakıda
Türkiyə futbolunun tanınan simalarından biri, “Fənərbaxça”nın sabiq kapitanı Oğuz Çətin Azərbaycana gəlib. Fanat.az xəbər verir ki, o, hazırda davam edən “Bakı” - “Xəzər Lənkəran” oyununu canlı izləyir.
"Fənərbaxça"dakı çıxışı ilə tanınan (1988-1996) Çətin bu komandanın kapitanı olub. Türkiyə millisində 80 oyun keçirmiş Oğuz məşqçi kimi “Fənərbaxça”, “Kayseri Erciyesspor”, “Gənclərbirliyi”, “Diyarbəkirspor”da çalışıb. Son olaraq, “Boluspor”da çalışmış Çetin 2008-2009 və 2010-2011-ci illərdə Türkiyə millisində köməkçi-məşqçi işləyib. O, 2002-2003-cü illərdə "Fənərbaxça"ya, 2010-cu ildə müvəqqəti olaraq Türkiyə millisinə başçılıq edib.
futbol11.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər