“Ankaraspor” komandasının futbolçusu Sedat Yüce tətil zamanı dənizdə boğularaq ölüb.
Fanat.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam Alanya istirahət zonasında baş verib. Dostlarıyla sərinləmək üçün dənizə girən gənc futbolçu az sonra gözdən itib. Dalğıcların səylərinə baxmayaraq, axtarışlar nəticə verməyib.
1994-cü il təvəllüdlü Sedat Yüce 2013-cü ildə keçirilmiş Ağdəniz Olimpiadasında 19 yaşlılardan ibarət Türkiyə millisinin şərəfini qoruyub.
Gənc futbolçunun vəfatı ilə bağlı Türkiyə Futbol Federasiyasının saytında “Ankaraspor” komandasına və oyunçunun ailəsinə başsağlığı verilib.
Fanat.az