Qadın güləşçilərdən ibarət Türkiyə millisinin üzvü Vesile Yeşilyurt vəfat edib. Fanat.az xəbər verir ki, 17 yaşlı xanım idmançı xəstəxanada dünyasını dəyişib.
Belə ki, güləşçi 5 gün əvvəl atası və qardaşları ilə birlikdə Kocaelinin Kandıra qəsəbəsində çimərliyə yollanıb. Boğulmaq təhlükəsi ilə üzləşən Vesiləni xilasedicilər və sahildəki vətəndaşlar xilas edərək xəstəxayana qaldırıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb və 5 gündən sonra vəfat edib.
Qeyd edək ki, Vesile Yeşilyurtun 9 yaşlı qardaşı Abdülkadir də eyni səbəbdən xəstəxanada ölüb.
Fanat.az