Türkiyə millisində ciddi itki

Türkiyə millisində ciddi itki

Türkiyə millisi DÇ-2014-ün seçmə mərhələsində sentyabrın 10-u səfərdə oynayacağı Rumıniya ilə matça ciddi itkilərlə çıxa bilər. Fanat.az xəbər verir ki, dünən Andorra ilə qarşılaşmada (5:0) Burak Yılmaz, Nuri Şahin və Ümid Bulut zədələnib. 

Onlar millinin bu günkü məşqinə bu səbəbdən iştirak edə bilməyib. Hər üç futbolçunun müayinəsinin davam etdirildiyi bildirilib.

Qeyd edək ki, Rumıniya - Türkiyə matçı senyabrın 10-u Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər