Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku cəzalandırılıb. Fanat.Az xəbər verir ki, bu barədə FIFA-nın İntizam Komitəsi qərar qəbul edib.
Cəzaya səbəb rumın mütəxəssisin "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Ukrayna ilə oyunda baş verənlər olub. Sentyabrın 2-də keçirilən və Türkiyənin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşan matçın fasiləsində ispan hakim David Fernandez Borbalana telefondan göstərdiyi epizodlar və oyundan sonra hakim haqqında verdiyi açıqlamalar səbəbindən 1 oyunluq cəza alıb. Luçesku cəza səbəbindən oktyabrın 6-da İslandiya ilə keçiriləcək ev oyununda texniki zonada yer almayacaq.
Fanat.Az