Türkiyə millisi "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində Kosova ilə oyununu neytral meydanda keçirəcək. Fanat.Az xəbər verir ki, buna səbəb Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdı.
Bu səbəbdən qarşılaşma Kosovada yox, Albaniyada reallaşacaq. Türkiyə Futbol Federasiyasından bildirilib ki, matç iyunun 11-də Albaniyanın İşkodra şəhərindəki "Loro Boriçi" stadionunda baş tutacaq.
Fanat.Az