Türkiyə millisi Fransada

Türkiyə millisi Fransada

Avro-2016"nın iştirakçı ölkələrindən olan Türkiyə millisi Fransaya yollanıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, "ay ulduzlu" komandanı daşıyan təyyarə artıq Marsel şəhərinin hava limanına eniş edib.

Fatih Terimin komandası türk bayraqları və çiçəklərlə qarşılanıb. Türkiyə yığması onlar üçün ayrılmış avtobusla qalacaqları otelə yola düşüb.

Qeyd edək ki, D qrupunda qərarlaşan Türkiyə millisi İspaniya, Çexiya və Xorvatiya ilə mübarizə aparacaq. Türklər turnirdə ilk oyunlarını iyunun 12-də Xorvatiyaya qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər