Türkiyə millisi dünya çempionatında mükafatsız qaldı

Türkiyə millisi dünya çempionatında mükafatsız qaldı
Kişi basketbolçulardan ibarət Türkiyə yığması dünya çempionatının ilkin qrup mərhələsində sonuncu oyununa çıxıb. 
Fanat.Az xəbər verir ki, Çində keçirilən yarışın debütantı ola "ay-ulduzlular" Çexiya ilə qarşılaşıb. Ufuk Sarıcanın baş məşqçi olduğu komanda məğlubiyyətə üzülüb - 76:91.
Qrupda yalnız Yaponiyanı məğlub edən (86:67) və ABŞ-a uduzan (93:92) Türkiyə yığması mükafatlar uğrunda mübarizədən kənarda qalıb. Bu komanda yalnız 17-32-ci yerlər uğrunda yarışacaq. Çexiya isə qruplarda ilk 2 yeri tutanlardan ibarət 16 ən güclü komandanın vəsiqə qazandığı növbəti qrup oyunlarında mübarizə aparacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər