Türkiyə millisi başsız qaldı

Türkiyə millisi başsız qaldı

Türkiyə milli komandasının baş məşqçi postunda gözlənilən dəyişiklik baş verib. Fanat.az xəbər verir ki, Abdullah Avcı yığma ilə yollarını ayırıb.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. Məlumatda 2 il Türkiyə millisinə baş məşqçilik etmiş Avcının açıqlaması da qeyd olunub: “Futbolda qazanmaq da, məğlub olmaq da olduğu kimi birlikdə çalışmaq da, ayrılmaq da var. Mən də ayrılmağın ən doğru qərar olduğunu düşündüm və bu fikrimi TFF prezidenti cənab Yıldırım Dəmirörənlə paylaşdım. Başda federasiya rəhbəri olmaq üzrə bütün TFF rəsmilərinə mənə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

TFF rəsmi saytı ilə açıqlama yayaraq Avcıya təşəkkür edib.

Qeyd edək ki, Abdullah Avcı 2011- ci il noyabrın 17-dən Türkiyə yığmasına başçılıq edirdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər