Türkiyə birinci liqa təmsilçisi "Samsunspor" "Qəbələ"nin "Göztəpə"dən icarəyə götürdüyü Famussa Koneni transfer etmək istəyir.
Fanat.Az xəbər verir ki, Samsun təmsilçisinin baş məşqçsi Engin İpekoğlunun klub rəhbərliyinə təqdim etdiyi transfer siyahısında malili hücumçunun da adı yer alıb. "Samsunspor"un yaxın günlərdə Konenin menecerinə təklif göndərəcəyi iddia edilib.
Xəbərdə icarə müqaviləsi 2018-ci ildə başa çatacaq Konenin komandasında xoşbəxt olmadığı və qış fasiləsində "Qəbələ"dən ayrılmaq istədiyi yazılıb.
Qeyd edək ki, "Qəbələ" Koneni yayda "Göztəpə"dən icarəyə götürüb. O, "Qəbələ"də 16 rəsmi oyun keçirib və 6 qol vurub.
Fanat.Az