İlkay Gündoğan "Borussiya"dan (Dortmund) ayrılıb. Fanat.az xəbər verir ki, Almaniya millisinin türk ulduzu "Mançester Siti"yə keçib.
Bu barədə İngiltərə klub rəsmi məlumat yayıb. Baş məşqçi Pep Qvardiolanın Almniyadan tanıdığı futbolçu ilə 4 illik müqavilə imzalanıb. "Mançester Siti" onun transferinə 27 milyon avro xərcləyib.
Müqaviləni imzalayandan sonra açıqlama verən İlkay bunları deyib: "Çox həyacanlıyam. Mənimlə maranlandıqlarını eşidəndən indiyədək hər şey çox sürətlə keçdi. Dortmundda çox gözəl günlər yaşadım. Klub və azarkeşlərə gözəl 5 il üçün təşəkkür edirəm. Artıq karyeramda yeni səhifə açılır. Pep Qvardiola ilə çalışmaq üçün tələsirəm. "Mançester Siti" azarkeşlərinə söz verirəm ki, komandanın uğurları üçün əlimdən gələn hər şeyi edəcəm".
Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi 2009-cu ildə "Bohum"dan "Nürnberq"ə 850 min avroya transfer olunub. "Borussiya" 2011-ci ildə 5,5 milyon avro qarşılığında onu heyətinə qatıb. Dortmund klubunun heyətində 169 oyuna çıxan türk ulduz 18 qola iza atıb.
"Transfermarkt"ın 30 milyon avro qiymət qoyduğu Gündoğan Almaniya millisinin Avropa çempionatı üçün ilkin heyətinə salınsa da,dizindəki zədə səbəbindən yekun heyətdən çıxarılıb. İlkay millidə keçirdiyi 16 oyunda 4 dəfə fərqlənib.
Fanat.az