"Turan Tovuz" "Neftçi"yə qarşı neçə itki ilə oynayacaq? - SON DURUM

"Turan Tovuz" "Neftçi"yə qarşı neçə itki ilə oynayacaq? - SON DURUM

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının XXV turunda "Neftçi"nin qonağı olacaq.

Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, artıq zədəli Ehtiram Şahverdiyev də məşqlərə başlayıb və onun "ağ-qaralar"a qarşı oynamaq ehtimalı yüksəkdir.

Bakı təmsilçisi ilə matçda bölgə təmsilçisi yalnız kapitanı Şəhriyar Əliyevin xidmətindən məhrum olacaq. Belə ki, "Zirə" ilə son ev oyununda (0:2) "sarı" alan mərkəz müdafiəçisinin vərəqə limiti dolub və o, cəzalı duruma düşüb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər