Surinam əsilli holland "Qəbələ"yə keçdi- RƏSMİ

Surinam əsilli holland "Qəbələ"yə keçdi- RƏSMİ

 “Qəbələ” daha bir transfer edib. Fanat.Az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” son olaraq Surinam əsilli hollandiyalı Dion Malone ilə 2 illik müqavilə bağlayıb.

 

Surinamda doğulan 28 yaşlı sağ cinah müdafiəçisi peşəkar karyerasına 2008-ci ildə "Omnivorld"da (2010-cu ildən "Almere Siti" adlanır) başlayıb. O, 2012-ci ilədək bu klubun əsas komandasında top qovub. Arxa xətt oyunçusu 2012-ci ildə “Den Haaq”a transfer olunub və 5 mövsüm bu klubda oynayıb.

Mövsümün sonunda 11 futbolçusunu göndərən "Qəbələ" daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, Xavyer Ernandes Qonzales və Stiven Jozef-Monrozu rənglərinə bağlamışdı.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər