Stipiç də "Neftçi"nin futbolçusunu istəyir, qərblilər də

Stipiç də "Neftçi"nin futbolçusunu istəyir, qərblilər də

Bu qış "Neftçi"nin Latviyanın "Dauqavpils" klubuna icarəyə verdiyi Ramin Nəsirlinin çıxışı Azərbaycan təmsilçilərinin də diqqət mərkəzindədir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onunla "Kəpəz" və "Turan Tovuz" maraqlanır. 

"Dauqavpils"də 9 nömrəli futbolkanı daşıyan, əsas heyətində möhkəmləndiyi komandada 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan 20 yaşlı oyunçu Latviya çempionatının liderinin - "Riqa"nın da radarındadır. Hətta "Riqa"nın xorvat çalışdırıcısı Tomislav Stipiç özü şəxsən Raminin çıxışını diqqətdə saxlayır.

Stipiç də "Neftçi"nin futbolçusunu istəyir, qərblilər də

Qeyd edək ki, Nəsirli Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da formasını geyinir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər