"Spartak" - "Neftçi" matçının başlama saatı açıqlandı

"Spartak" - "Neftçi" matçının başlama saatı açıqlandı

Rusiyada "Spartak" və "Neftçi" komandaları arasında keçiriləcək yoxlama oyununun vaxtı dəqiqləşib.

Fanat.Az Moskva təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 18-də "Otkrıtiye Bank Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "ağ-qaralar" hazırda Rusiyada PARI Premyer Kuboku turnirində iştirak edir. Komanda ilk görüşündə "Zenit"ə 1:3 hesabı ilə uduzub. Bakılılar iyulun 8-i saat 20:30-da Serbiyanın “Srvena Zvezda”, 15-i saat 15:00-da isə Türkiyənin “Fənərbağça” klubu ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər