Təl-Əviv “Makkabi”si ilə anlaşan Şota Arveladzenin maaşı müəyyənləşib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis İsraildəki 2 il ərzində 3 milyon dollar qazanacaq.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Həmkarlarımız qeyd edir ki, Azərbaycandan aldığı cazibədar təklifdən imtina edən Şota israillilərin 2 il üçün 3 milyon dollarlıq təklifini qəbul edib. O, bundan başqa komandanın qazacanağı uğralara görə əlavə mükafat alacaq.
Qeyd ki, Şota Arveladze bir müddət əvvəl "Neftçi" ilə danışıqlar aparırdı.
Fanat.az