"Son nöqtəni qoya bilmədik" - Ayxan Abbasov

"Son nöqtəni qoya bilmədik" - Ayxan Abbasov

Futbol üzrə Azərbaycan çempionatının XVII turunda "Turan Tovuz" öz meydanında "Neftçi"yə 0:1 hesabı ilə uduzub.

Fanat.Az xəbər verir ki, matçdan sonra mətbuat konfransında çıxış edən əyalət klubunun baş məşqçisi Ayxan Abbasov məğlubiyyəti belə şərh edib: 

"Cərimə meydançasında yıxılanda da əlini qorumalısan. Artıq ikinci matçdır ki, rəqibə belə penalti "hədiyyə edirik". İtkilərimiz və cəzalı oyunçularımız var. Buna baxmayaraq, digər görüşlərə hazır olmağa çalışacağıq.

Rəqibin müdafiəsini yarmağa çalışdıq. Qələbə qazanmaq istəyirsənsə, şansları dəyərləndirməlisən. Bu gün son nöqtəni qoya bilmədik. Futbolda belə hallar olur. Daha diqqətli oynamalıyıq".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər