Şenol Günəş Türkiyə millisindən imtina etdi

Şenol Günəş Türkiyə millisindən imtina etdi

Fatih Terimin Türkiyə millisindən gedişinin ardından ölkənin futbol federasiyası komandanı çalışdırmaq üçün "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşlə görüşüb.

Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 

Ona "Beşiktaş"da işləməklə yanaşı, millini DÇ-2018-in seçmə mərhələsində 4 oyuna çıxarması təklif olunub. Lakin 51 yaşlı mütəxəssis bu təklifi qəbul etməyib. 

Günəş hər iki yerdə işləməsinin uğurlu nəticə verməyəcəyini, bunun nə milliyə, nə də "Beşiktaş"a faydası olmayacağını deyib. 

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər