Sənan Qurbanov "Neftçi"də!

Sənan Qurbanov "Neftçi"də!

Baş məşqçi Adrian Mutunun istəyi əsasında “Neftçi”nin məşqçilər korpusuna daha bir təyinat olub. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Sənan Qurbanov köməkçi məşqçi təyin edilib.  Onunla 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Sənan Qurbanov 1980-ci il avqustun 4-də anadan olub. Futbolçu kimi ölkəmizdə bir çox klubun, eləcə də Azərbaycan milli komandasının formasını geyinmiş Qurbanov 2012-ci ildə məşqçiliyə başlayıb. 2018-ci ilədək “Qəbələ”də məşqçi, 2018-2019-cu illərdə isə baş məşqçi vəzifəsində çalışmış 43 yaşlı mütəxəssis 2021-2022 illərdə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. O, 2018/19 mövsümündə “Qəbələ”yə, 2020/21-də isə “Keşlə”yə Azərbaycan Kubokunu qazandırıb.

Baş məşqçi Adrian Mutunun digər köməkçiləri, məşqçilər korpusunun üzvləri – köməkçi məşqçi Alin-Nikolaye Çita, analitik məşqçi Aurelian-Boqdan Patraşku, fiziki hazırlıq üzrə məşqçi Miodraq Todorov və qapıçılar üzrə məşqçi Mihai-Qavril Nedebandır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər