Saxtakarlıqla finala çıxan "Neftçi"!

Saxtakarlıqla finala çıxan "Neftçi"!
Saxtakarlıqla finala çıxan AFFA-nın təşkilatçılığı ilə keçirilən uşaq liqalarında durumun acınacaqlı olduğu məlum məsələdi. Hər həftə assosiasiya bayrağı altında keçirilən yarışlardan xoşagəlməz hadisə eşitməsək, qulağımız kar olar.
Texniki məğlubiyyətlərin, məşqçilərin hakimi qarşı sərt çıxışı, "lipa"ların aşkarlanması və s. Bütün bunlar saymaqla bitmir. Klubların intizamlı olmağa hər nə qədər borcludursa, AFFA da yarışa diqqəti artırmağa məcburdu. 
Nə edək, Azərbaycan reallığı ilə barışır, uşaq futbolunun yox dərəcəsində olması ilə razılaşırıq. Təəssüf ki, media olaraq əlimizdə gələn bir şey yoxdu. Yazmaqla düzəlsəydi, indi vəziyyət tamam fərqli olar, işlər müsbətə doğru dəyişərdi.
AFFA-nın təşkil etdiyi U-14 liqasında daha bir qəribə hadisə baş verib. Maraqlıdı ki, bu hadisə "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanovun "Neftçi"də çıxış edən oğlu Musa Qurbanlı ilə bağlıdı. Məsələ burasındadı ki, 2 may 2016-cı tarixində keçirilən "Kəpəz" - "Neftçi" matçının 18-ci dəqiqəsində qonaqların hücumçusu Musa Qurbanlı və gəncəlilərin futbolçusu Nemət Musayev bir-birilərinə qarşı aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıblar. İntizam Komitəsi də 38.1-ci maddəyə əsasən, futbolçuları 1 oyunluq cəzalandırıb.
Söhbət ondan ibarətdi ki, İK burada saxtakarlığa yol verib. Əslində, sözügedən maddəyə görə gənc futbolçulara 2 oyunluq cəza verilir. Ki, burada da Musa Qurbanlı və Nemət Musayevə 1 oyun cəza verməklə güzəşt edilib. Gəncəlilər üçün Nemət aparıcı futbolçu sayılmaya bilər. Amma "Neftçi"yə görə Qurban Qurbanovun oğlu əsl tapıntıdı. Bu yaşda xüsusi istedadı ilə seçilən Qurbanlı bakılıların aparıcı üzvüdü. Deməli, onun cəzasını yüngülləşdirilməsi üçün "Neftçi" İK-in saqqalının altından keçib.
Çünki onları qarşıda "Qəbələ"nin U-14 komandası çətin yarımfinal matçı gözləyirdi. İş burasındadı ki, cəza səbəbi ilə Musa Qurbanlı ilk oyunu buraxıb və komandası 1:2 hesabı ilə Bakıda məğlub olub. Qəbələdə keçirilən cavab oyununda isə Musa Qurbanlı dubla imza ataraq, komandasını finala çıxarıb - 3:2.
Təbii ki, İntizam Komitəsinin Qurban Qurbanova görə oğluna güzəşt etdiyi inandırıcı deyil. İntizamı, təvəzökarlığı ilə seçilən Qurban bəyin bəlkə də bu saxtakarlıqdan xəbəri belə yoxdu. Amma söhbət "Neftçi"dən və onun rəhbərliyindən gedirsə, deməli, "ağ-qaralar"dan çox şey gözləmək olar. (sport7.az)
Saxtakarlıqla finala çıxan "Neftçi"!
Saxtakarlıqla finala çıxan "Neftçi"!
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər