"Neftçi” fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre ilə müqavilə imzalayıb.
Fanat.az xəbər verir ki, anlaşmaya əsasən, italiyalı mütəxəssis mövsümün sonunadək bakılıların fiziki hazırlıq üzrə məşqçisi olacaq.
Qeyd edək ki, 2009-2010-cu illərdə "Neftçi”də çalışmış Covanni Melkiorre Türkiyənin "Qalatasaray”, Rumıniyanın "Astra”, "Petrolul” və ÇFR, eləcə də "Xəzər Lənkəran” klublarında da işləyib.
Fanat.az