"Sabahın Ulduzları"nda qaliblər müəyyənləşdi

"Sabahın Ulduzları"nda qaliblər müəyyənləşdi

"Sabahın Ulduzları” Bakı Kubokunda final oyunları keçirilib. Fanat.Az xəbər verir ki, bu gün həm U-14, həm də U-15 yaş qrupunda qaliblər müəyyənləşib. "Bayıl Arena"da əvvəlcə bir yaş kiçiklərin mübarizəsində “Qarabağ” ilə “Sabah” arasında həlledici matç baş tutub. Görüş Ağdam təmsilçisinin inamlı qələbəsi ilə yekunlaşıb. U-15-lərin ən güclüsünün müəyyənləşədiyi matçda “Neftçi” ilə “Ulduz” münasibətlərinə aydınlıq gətiriblər. "Ulduz" rəqibini məğlub etməyi bacarıb. Qeyd edək ki, U-14 yaş qrupunda “Ulduz” komandası 3-cü yeri tutub. U-15-də isə “Qarabağ” bürünc medalları qazanıb. Sabahın Ulduzları Finallar 30 sentyabr U-14 “Qarabağ” - “Sabah” 2:0 Qollar: İbrahim Müzəffərli-pen, 23. Ceyms Eziyaşi, 60. U-15 “Neftçi” - “Ulduz” 1:2 Qollar: Onur Əmirzadə, 66. Nihat Bəylərli, 4, 37.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər