"Mən "Neftçi"nin onların daxili işinə qarışmıram. Amma klublara tez-tez baş məşqçi dəyişikliyinə əl atmamağı tövsiyyə edirəm. Seçimdə düzgün addım atmaq və həmin məşqçiyə inanmaq lazımdı". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
"Neftçi"nin uğursuz çıxışı ilə bağlı sualı cavablandıran AFFA başçısı baş məşqçi dəyişiklikləiinin komandaya mənfi təsir etdiyini bildirib: "Mən "Neftçi”nin prezidenti olanda Qurban Qurbanovu baş məşqçi təyin etdim və "Neftçi” ardıcıl məğlubiyyətlər almağa başladı. O, zaman üzərimə təzyiqlər olsa da, Qurban Qurbanovun arxasında durdum, ona dəstək oldum. Komanda uduzanda jurnalistlərə demişdim ki, Qurban 200 oyun məğlub olsa da, onu komandadan göndərməyəcəm. Məşqçinin arxasında durmaq lazımdı. Bir-iki uğursuzluğa görə baş məşqçini qovmaq olmaz. Onlar Samir Əliyevi baş məşqçi təyin etmişdilər və çox perspektivli görünürdü. Onu saxlamaq lazım idi".
Fanat.az