"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk karyerasını Rusiyada davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Rusiyanın ən böyük idman şəri olan "Sport-Ekspress" məlumat yayıb.
Məlumatda bildirilir ki, ukraynalı mütəxəssis "Kuban"ın maraq dairəsindədi. Premyer Liqa klubunun baş məşqçi postuna Qriqorçukla yanaşı, Viktor Qonçarenko və Dan Petresku da namizəddi.
Qeyd edək ki, "Kuban"ın baş məşqçisi Sergey Taşuyev uğursuz çıxışa görə istefaya göndərilib. Krasnodar klubu 25 oyundan sonra 20 xalla 16 klub arasında 14-cü pilləni tutur.
Fanat.az