Rumınları “Neftçi”nin təzminat tələbi çəkindirib

Rumınları “Neftçi”nin təzminat tələbi çəkindirib

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyanın “Universitatya” (Krayova) klubuna keçməməsinin səbəbi məlum olub.

Fanat.Az Rumıniya istinadən xəbər verir ki, “Universitatya”nın rəhbərliyi Bakı klubunun baş məşqçi üçün təzminat tələbini müsbət cavablandırmayıb.

Regekampfın “ağ-qaralar”la müqaviləsi davam etdiyindən, “Neftçi” qarşı tərəfdən 150 min avro təzminat istəyib. Yalnız bundan sonra Krayova klubunun maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfla işləmək fikrindən vaz keçib.

Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər