Rəqib futbolçu: "Azərbaycanla oyuna ciddi yanaşmalıyıq"

Rəqib futbolçu: "Azərbaycanla oyuna ciddi yanaşmalıyıq"
Portuqaliya millisinin futbolçusu Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda millimizə qarşı keçirəcəkləri oyun haqda danışıb. 
 
Fanat.Az xəbər verir ki, 24 yaşlı müdafiəçi matç öncəsi keçirilən mətbuat konfransında oyunun çətin keçəcəyini bildirib.
 
"Düşərgədə əhval-ruhiyyə həmişəki kimidir. Bütün diqqətimiz sabahkı oyundadır. Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq", deyə qeyd edib.
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər