Regekampf “Neftçi”ni Rumıniya klubuna dəyişə bilər

Regekampf “Neftçi”ni Rumıniya klubuna dəyişə bilər

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf iş yerini dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. 

"Prosport.ro" saytının iddiasına görə, 47 yaşlı mütəxəssis 2012 - 2014 və 2015 - 2017-ci illərdə rəhbərlik etdiyi "Styaua" komandasının yenidən baş məşqçisi ola bilər. 

O, Buxarest klubun baş məşqçisi postuna əsas namizəddir. 

Lakin "Styaua" tərəfi keçid uçun "Neftçi"yə 350 000 avro təzminat ödəməlidir. Bundan əlavə, Azərbaycanda ayına 40 000 avro məvacib aldığı iddia olunan mütəxəssisin Rumıniya klubundan ən azı 20 000 avro tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər