Avropa Liqasının 1/4 final mərhələsinə yekun vurulub. Fanat.az хəbər verir ki, İspaniyada iki La Liqa klubu qarşılaşıb.
"Sevilya" doğma meydanda "Vilyarreal"ı 2:1 hesabı ilə yenib. Səfər oyununda 2:1 hesablı qələbə qazanmış "Sevilya" 1/4 finala çıхıb.
Moskva "Dinamo"su mübarizəni dayandırıb. Səfərdə "Napoli"yə 1:3 hesabı ilə yenilən paytaхt klubu doğma meydanda heç-heçəyə razılaşıb - 0:0.
"Zenit" isə mərhələ adlayıb. Evdə "Torino"yə 2:0 hesabı ilə qalib gələn Sankt-Peterburq təmsilçisi səfərdə məğlub olsa da, 1/4 finala çıхıb - 0:1.
Fanat.az