AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran" 1000 manat cərimə olunub. Buna səbəb lənkəran klubunun azarkeşləri tərəfindən "Rəvan"la matçın 80-ci dəqiqəsində pirotexniki vasitələrdən istifadə edilməsi olub.
"Neftçi" "Sumqayıt"la oyunda 6 futbolçusu sarı vərəqə aldığından 1000, "Sumqayıt" isə oyun başa çatdıqdan sonra azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığından 2000 manat cərimələnib.
Fanat.az