"Xəzər Lənkəran"ın transferə çıxardığı futbolçu "Neftçi"də

"Xəzər Lənkəran"ın transferə çıxardığı futbolçu "Neftçi"də
"Neftçi" "Xəzər Lənkəran"ın transferə çıxardığı Elşən Rzazadəni heyətinə qatıb. Fanat.az xəbər verir ki, gənc yarımmüdafiəçi ilə 1 il 6 aylıq müqavilə bağlanıb.
Elşən Rzazadə bunadək “Bakı” və “Xəzər Lənkəran” klublarında çıxış edib. 22 yaşlı futbolçu milli komandamızın Moldova yığması ilə son oyununda meydana çıxıb.
Qeyd edək ki, Elşən bir müddət əvvəl "Xəzər Lənkəran"da maaşa görə üsyan edən futbolçulardan biri olub. Klub onu transferə çıxarmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər